Eşqin Əhmədovun transfer iddialarına aydınlıq gətirildi “Neftçi”dən ə AÇIQLAMA

19.11.2026

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Neftçi”nin qış transfer pəncərəsində “Qəbələ”nin futbolçusu Eşqin Əhmədovu heyətinə qatmaq istədiyi ilə bağlı xəbərlər yayılıb.

Məlumata görə, “ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidub gənc futbolçunun xidmətində maraqlıdır. Ukraynalı mütəxəssis Əhmədova sol cinahda Falaye Sakonun əvəzləyicisi kimi baxır.

Məsələ ilə bağlı İdman.Biz “Neftçi” futbol klubu ilə əlaqə saxlayıb.

Klubun mətbuat katibi Asəf Zeynallı saytımıza açıqlamasında sözügedən iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

Qeyd edək ki, 21 yaşlı futbolçu Eşqin Əhmədov 2025/2026 mövsümündə “Qəbələ”nin heyətində Azərbaycan Premyer Liqasında 35 oyunda iştirak edib. Müdafiəçi bu görüşlərdə 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2026/2027 mövsümündə isə indiyədək 11 matçda meydana çıxıb. Əhmədov noyabrın 16-da Andorra ilə yoldaşlıq görüşündə Azərbaycan millisində debüt edib və ilk oyununda qol vurub.

İlqar Şabanov

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью