Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
Türkiyədə yayımlanan məşhur seriallardan biri olan Eşref Rüya final bölümü ilə tamaşaçılarla vidalaşıb. Lakin serialın baş qəhrəmanı Eşref Teknin ölümü ekranlardan daha çox sosial şəbəkələrdə gündəm yaradıb.
Demokrat.az xəbər verir ki, serialda Eşref Tek obrazını canlandıran Çağatay Ulusoyun canlandırdığı personajın finalda həyatını itirməsi minlərlə izləyicini məyus edib. Hadisədən sonra Adanada baş verən maraqlı hadisə isə sosial mediada geniş müzakirələrə səbəb olub.
Belə ki, Adanada fəaliyyət göstərən şəxs Eşref Tekin xatirəsinə ehsan vermək qərarına gəlib. Bildirilir ki, serialın finalından bir həftə sonra onun adına lokma paylanacaq.
Bu addım bir çox istifadəçiyə illər əvvəl Kurtlar Vadisi serialının unudulmaz personajı Süleyman Çakır üçün təşkil olunan ehsan mərasimlərini xatırladıb. Məhz buna görə sosial şəbəkələrdə hadisə “İkinci Çakır hadisəsi” kimi qiymətləndirilib.
Tamamilə uydurma obraz üçün xeyriyyə məqsədli lokma paylanacağı xəbəri istifadəçilər arasında həm təəccüb, həm də gülüş doğurub. Sosial mediada paylaşılan elan qısa müddətdə viral olub və minlərlə şərh toplayıb.
Bir çox izləyici bunu serial qəhrəmanına olan bağlılığın göstəricisi kimi dəyərləndirsə də, bəziləri hadisəyə yumorla yanaşaraq maraqlı reaksiyalar verib. Bununla belə, Eşref Tek obrazının tamaşaçılar üzərində yaratdığı təsir bir daha diqqət çəkib.
İsmayıl
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Demokrat.az xəbər verir ki, serialda Eşref Tek obrazını canlandıran Çağatay Ulusoyun canlandırdığı personajın finalda həyatını itirməsi minlərlə izləyicini məyus edib. Hadisədən sonra Adanada baş verən maraqlı hadisə isə sosial mediada geniş müzakirələrə səbəb olub.