Eşref Rüya izləyicilərinin diqqətinə

25.04.2025

Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl "Eşref Rüya" serialının 5-ci bölümündən etibarən yutub platformasında yayımlanmayacağı bildirilmişdi.

Axşam.az-ın məlumatına görə, indi isə məlum olub ki, ekran işinin yutubdakı yayımı bütün ölkələr üçün yox, yalnız Türkiyə üçün bağlanıb.

Layihənin bölümlərini "Kanal D"dən izləyə bilməyən türk vətəndaşları isə "Prime Video" platformasına ödəniş etməklə onu izləyə biləcəklər.

Qeyd edək ki, baş rollarını Demet Özdemir ilə Çağatay Ulusoyun paylaşadığı "Eşref Rüya" ilə bağlı bu qərar serialın "Kanal D"dəki reytinqlərinin aşağı olmasına görə verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью