“Eşref Rüya” serialı yutubdan silindi FOTO

21.04.2025

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Kanal D-nin sevilən layihələrindən biri olan “Eşref Rüya” serialı gözlənilmədən yutub platformasından çıxarılıb. Cəmi dörd bölüm yayımlanan serialın internetdən yığışdırılması sosial mediada “final oldu?” sualını gündəmə gətirib.

Redaktor.az urfanatik.com-a istinadən xəbər verir ki, serial final etməyib. Yalnız yayımlanma strategiyası dəyişdirilib. Bundan sonra “Eşref Rüya”nın yeni bölümləri yutubda olmayacaq, sadəcə Kanal D televiziyasında yayımlanacaq.

Serialın ilk dörd bölümü rəqəmsal platformalarda milyonlarla baxış toplayaraq böyük maraq görmüşdü. Lakin alınan qərara əsasən, beşinci bölümdən etibarən serial yalnız televiziya ekranlarında yayımlanacaq.
Yeni yayımlanacaq beşinci bölümdən etibarən “Eşref Rüya” hər çərşənbə axşamı saat 20:00-da Kanal D-də nümayiş olunacaq. Serial baş rollarda Çağatay Ulusoy və Demet Özdemir kimi tanınmış aktyorları bir araya gətirir və dərin süjet xətti ilə diqqət çəkir.   

Toğrul ƏHMƏDZADƏ                                                                                                               

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью