“Eşref Rüya” sevənlərinə sürpriz: “Eşref Tek” gəlir VİDEO/FOTO

30.09.2026

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çağatay Ulusoy və Demet Özdemirin baş rollarını canlandırdığı “Eşref Rüya” serialı 47-ci bölümlə ekran macərasını başa vurduqdan sonra layihənin pərəstişkarlarını sevindirən yeni xəbər yayılıb.
Ölkə.az Türkiyə mediasına istinadən xəbər verir ki, serialın finalından təxminən dörd ay sonra istehsalçı şirkət TİMS&B “Eşref Tek” adlı yeni layihəni təqdim edib.
Şirkətin paylaşdığı afişada “Tək ad. Tək başlanğıc. Eşref Tek. Hər əfsanənin bir başlanğıcı var. Tezliklə Prime Video-da” sözləri yer alıb.
Məlumata görə, yeni layihə “Eşref Rüya” kainatı ilə bağlı olacaq və baş qəhrəman Eşrefin keçmişinə fokuslanacaq.
İddialara əsasən, “Eşref Tek” “Eşref Rüya”nın davamı deyil, hadisələrdən əvvəlki dövrü əhatə edən başlanğıc hekayəsi olacaq. Layihədə Eşrefin cinayət dünyasında yüksəlməsindən əvvəlki həyatı, keçmişi və onu tamaşaçıların tanıdığı obraz halına gətirən hadisələrin göstərilməsi gözlənilir.
Hekayədə Eşrefin Rüyaya bağlılığının necə yarandığına və həyatındakı əsas dönüş nöqtələrinə də yer veriləcəyi bildirilir.
Yeni serialın Prime Video platformasında yayımlanacağı açıqlansa da, dəqiq premyera tarixi hələ elan edilməyib.
“Eşref Tek”in prodüserləri Timur Savcı və Burak Sağyaşardır. Afişada Demet Özdemir və “Eşref Rüya”nın digər aktyorlarının yer almaması isə yeni layihənin əsasən Eşref obrazının keçmişinə həsr olunacağı ehtimalını gücləndirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью