Əsrin dörddə birindən sonra gələn qələbə: “Kəpəz” sonuncu dəfə nə vaxt “Qarabağ”ı məğlub edib? in ŞƏRHİ

24.01.2026

Icma.az, Idman.biz saytına istinadən bildirir.

“Kəpəz” klubu 24 ildən sonra ilk dəfə “Qarabağ”ı məğlub edib.

İdman.Biz-in məlumatına görə, yanvarın 24-də “Kəpəz” Azərbaycan Premyer Liqasının 17-ci turunda “Qarabağ” üzərində 2:0 hesablı möhtəşəm qələbə əldə edib. Qonaq komandanın qollarını Ryonosuke Ohori və Ehtiram Şahverdiyev vurublar.

Bu, Gəncə klubunun təxminən 24 ildən sonra ağdamlılar üzərində ilk qələbəsidir. “Kəpəz” sonuncu dəfə “Qarabağ”ı evdə 6 aprel 2002-ci ildə 3:0 hesabı ilə məyus edib.

Azərbaycanın müstəqil tarixində klublar 68 dəfə qarşılaşıblar: “Qarabağ” 38 oyunda, “Kəpəz” 18 matçda qalib gəlib, qalan oyunlar isə heç-heçə ilə başa çatıb.

Teymur Tuşiyev

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью