Əsrin ən yaxşı müdafiəçiləri açıqlandı

19.03.2025

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Give Me Sport” portalı XXI əsrin ən yaxşı müdafiəçilərinin reytinqini tərtib edib.

Futbolpress.az xəbər verir ki, uzun illər Madrid “Real”ının lideri olan Serxio Ramos birinci olub. 38 yaşlı ispan müdafiəçi hazırda Meksikanın “Monterrey” komandasında çıxış edir.

İkinci yerdə “Liverpul”un hazırkı kapitanı Vircil van Dayk qərarlaşıb. İlk üçlüyü tamamlayan ad “Milan”ın keçmiş futbolçusu Alessandro Nesta olub.

Dördüncü yerdə 2006-cı ildə “Qızıl top”u qazanan Fabio Kannavaro yer alıb. İlk beşliyi Roberto Karlos tamamlayır.

İlk “10-luğ”a Paolo Maldini, Eşli Koul, Karles Puyol, Kafu və Con Terri əlavə edilib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью