Əsrin uşaqları: Rodriqo, Kubo və Kamavinqa

16.04.2025

Icma.az, Idman.biz saytına istinadən bildirir.

XXI əsrdə anadan olan və ən çox oyun keçirən futbolçular açıqlanıb.

İdman.biz xəbər verir ki, CİES-in siyahısına Rodriqo başçılıq edir.

“Real”ın braziliyalısı 379 rəsmi matçda iştirak edib. “Real Sosyedad”da forma geyinən Takefusa Kubo 326 görüşdə forma geyinib.

Eduardo Kamavinqa 317, Cud Bellinqem (hər ikisi “Real”) 308 dəfə şans qazanıb. “Bristol”da çıxış edən Ceyson Nayt 303 oyunla “beşliy”i qapayır.

Qeyd edək ki, daha iki futbolçu 300 səddini adlayıb. Bukayo Saka (“Arsenal”) və Yuri Alberto (“Korintians”) 302 matçın iştirakçısı olublar.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью