Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-dan İsrailə ekskursiyaya gələn 17 yaşlı məktəbli təsadüfən 3300 il yaşı olan qədim Misir amuleti aşkar edib.
Lent.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.
Hadisə İsrailin Tel-Gezer Milli Parkında baş verib. Şelo Atun adlı məktəbli gəzinti zamanı yerdən daş götürərək kənara atıb. Daş başqa qayaya dəyərək onun altındakı kiçik, parlaq əşyanı üzə çıxarıb.
Məktəbli əşyanı götürəndə üzərində iki kobranın təsvir edildiyini görüb. O, tapıntını müəlliminə göstərib və bunun qədim artefakt olduğu müəyyənləşib.
Tel-Əviv Universitetinin professoru İdo Koxun araşdırmasına görə, skarabey formasındakı amulet son Tunc dövrünə, təxminən 3300 il əvvələ aiddir. Amuletin üzərində iki kobra olub və “hökmdar” mənasını verən heroqliflər yazılıb.
Tapıntı İsrailin Qədim Əsərlər İdarəsinə təhvil verilib. Məktəbli isə tarixi əhəmiyyətli kəşfinə görə xüsusi sertifikatla mükafatlandırılıb.
Qeyd edək ki, Tel-Gezer qədim dövrlərdə Kənan bölgəsinin mühüm şəhərlərindən biri olub.