“Əsrlik tərəfdaşlıq” bəyannaməsini imzaladılar

10.09.2026

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Ukrayna və Kanada “Əsrlik tərəfdaşlıq” haqqında bəyannamə imzalayıblar.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “İnterfaks-Ukrayna” məlumat yayıb.

“Ukrayna Prezidenti Volodimir Zelenski və Kanada Baş naziri Mark Karni “Əsrlik tərəfdaşlıq” haqqında bəyannaməni imzaladılar”, - məlumatda deyilir.

Bəyannamədə iki ölkənin ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək niyyəti əksini tapıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью