Eşşək ətinin ən çox yeyildiyi ölkələr Siyahı

03.03.2025

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünyada eşşək ətinə tələbat ildən-ilə artır.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə OIE (Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı) və FAO-nun (Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) hesabatında qeyd olunur.

2023-cü ildə dünyada eşşək ətinin istehlakında Çinin payı 82,76% təşkil edib. Niger və Malinin payı isə 8,52% və 3,55% olub. Digər ölkələrin payları minimal olub.

Niger, Mali, Seneqal və Mavritaniya kimi Afrika ölkələrində də eşşək ətinə tələbatın artdığı müşahidə olunur.

Dünyanın 30-da çox ölkəsində eşşək ətindən istifadə olunur. Çin, Niger, Hindistan, Braziliya, Somali, Nigeriya, Tanzaniya, Keniya, Cad, Meksika, Misir, Sudan kimi ölkələrdə eşşək əti açıq bazarlarda satılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью