Eşşəyi evakuatorla cərimə meydançasına apardılar

18.11.2026

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Ankarada eşşək avtomobil kimi evakuatorla cərimə meydançasına aparılıb, onu ordan çıxarmaq üçün sahibi 1246 lirə ödəyib.

"Bakupost" xəbər verir ki, Altındağ əyalətində Ankarada heyvandarlıqla məşğul olan Orhan Figanın eşşəyi gecə saat 02:00 radələrində itib. Çobanı ona zəng edərək heyvanın sürüdən ayrıldığını xəbər verib. Orhan iki gün ərzində eşşəyini axtarıb. Hətta onu tapmaq ümidi ilə drondan da istifadə edib. Ətraf əraziləri yoxlasa da, heyvandan xəbər ala bilməyib. Sonradan məlum olub ki, eşşək Ankaranın avtomobillərin sıx hərəkət etdiyi Protokol şosesinə çıxıb. Vətəndaşların məlumatı əsasında polis hadisə yerinə gəlib. Heyvanın yolda qəza törətməməsi üçün onu evakuatorla götürərək cərimə meydançasına aparıblar. Sahibindən isə qayda pozduğu üçün qanuna uyğun cərimə alınıb.

Aygün M


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью