Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“Məlum olduğu kimi, yaşamaq insanın doğulduğu andan malik olduğu toxunulmaz, mütləq və ən ali fundamental hüququdur.
Sağlamlıq hüququ isə yaşamaq hüququnun ayrılmaz və tamamlayıcı tərkib hissəsi olmaqla, insanın fiziki, psixoloji sağlamlığının qorunması, bərpası normasıdır.
Konstitusion təminat altına alınmış hər iki hüququn müdafiəsi və həmin pozuntudan irəli gələn zərərlə bağlı çəkişmələr məhkəmə müstəvisində xüsusi çəkiyə malikdir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ali Məhkəmə açıqlama yayıb.
Açıqlamada Ali Məhkəmənin Plenumu tərəfindən 2025-ci il dekabrın 24-də də qəbul edilən “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” qərarla əslində konstitusion təminat altına alınmış, lakin hüquqların müdafiəsi baxımından digərlərinə nisbətən kənarda qalmış bədən toxunulmazlığı hüququna da aydınlıq gətirilib: “Bədən toxunulmazlığı hüququ - bədəni təşkil edən orqan, üzv və ya toxuma üzərində insanın şəxsiyyət hüquqlarını nəzərdə tutur.
Hüquqazidliyi aradan qaldıran hallar yoxdursa, bədən toxunulmazlığına üçüncü şəxslər tərəfindən edilən hər hansı müdaxilə (tibbi, elmi, fiziki, cinsi və s.) qadağandır: Məsələn, şəxsin razılığı olmadan tibbi analizlərin aparılması və ya digər əsasla ondan biomaterialın götürülməsi, hər hansı inyeksiyanın edilməsi, sağlığında və ya ölümündən sonra onun orqan və toxumalarından istifadə edilməsi, bədəninə toxunulması, fiziki və cinsi zorakılığın edilməsi və s.
Plenum qərarında hansı hallarda sadalanan hüquqlara müdaxilənin qanuni olmasına da aydınlıq gətirilib.