Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi bir neçə gün əvvəl rüşvət verərək estetik cərrah olduqları iddia olunan həkimlərlə bağlı məlumat yayıb.
Axşam.az xəbər verir ki, məlumatda ölkədə plastik cərrahiyyə üzrə qeyri-qanuni fəaliyyət göstərən şəxslərlə bağlı Analitik Ekspertiza Mərkəzi tərəfindən 25 dekabr 2023-cü il tarixindən 23 fevral 2024-cü il tarixinədək hərtərəfli araşdırma tədbirləri həyata keçirilib və bu tədbirlər mütəmadi olaraq davam etdirdiyi qeyd olunur.
Eyni zamanda bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən də müvafiq araşdırma aparılıb.
Yayılan siyahıda adları göstərilən şəxslərin qeyd olunan müəssisələrdə fəaliyyətlərinin araşdırılması məqsədi ilə ümumilikdə 35 plandankənar (növbədənkənar) yoxlama aparılıb, aidiyyəti üzrə şəxslərin fəaliyyəti hər bir müəssisədə ayrıca araşdırılaraq müvafiq tədbirlər görülüb.
Bir neçə müəssisədə adları qeyd olunan şəxslər müəyyən olunmayan, bəzi hallarda əmək müqavilələrinə artıq xitam verildiyi müəyyən edilən, 14 müəssisədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə intizam tənbeh tədbiri olaraq inzibati cərimə tətbiq edilib.
Bir neçə halda belə şəxslərin həmin müəssisələrdə fəaliyyətinə xitam verilib və ümumilikdə bütün müəssisə rəhbərliklərinə bu istiqamətdə xəbərdarlıq edilib.
Mərkəzin səlahiyyətlərinə aid olmayan müəssisələrdə və məlumat natamam olan (və ya qeyri-müəyyən olan) hallarda araşdırma aparılmayıb.