Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq. Bütün dünyada, eləcə də, Azərbaycanda plastik əməliyyatlar getdikcə populyarlaşır.
Həkimlərin bildirdiyinə görə, səbəb bu sahədə informasiyanın çoxalmasıdır.Estetik əməliyyatlar niyə bu qədər dəbə mindi?Niyə insanlarda özlərini, bədənini dəyişdirmək istəyi yaranıb?Bunun psixika ilə nə əlaqəsi var?
Bu suallara cavab tapmaq üçün şüuraltı terapist, yaşam koçu Nərmin Hacıyevaya müraciət etdik Nərmin Hacıyeva hesab edir ki, insan daxilində özünü dəyərsiz, yetərsiz hiss edir və diqqətləri öz üzərinə çəkmək istəyir: "Bu kimi insanlarda “görülmürəm, sevilmirəm, dəyərsizə, özümü qəbul edə bilmirəm” şüuraltı proqramlar var.
Yəni özü özünü olduğu kimi qəbul etmir. Düşünür ki, əməliyyat olunsa, daha gözəl olacaq, onu görəcəklər, sevəcəklər, dəyər verəcəklər.
Burda bir sual yaranır: Bu duyğular səndə hardandır ? Yəni Sən nə zaman özünü dəyərsiz hiss etdin?
Əksər hallarda bu sualların cavabı uşaqlıqda qazanılan travmalardır, valideynlərindən yetəri qədər sevgi ala bilməyən uşaqlar böyüyüb o sevgini başqalarının “sevgi qırıntılarında” axtarır, tərif eşitmək istəyirlər.
Bu, əməliyyata gedən əksər insanlarda var və bundan sağalmaq üçün terapiyalara yox, əməliyyatlara gedirlər. Amma bu yanlışdır".
Nərmin Hacıyeva deyir ki, insan özü ilə üzləşməli, barışmalıdır: "Sizi yalançı dəyərə, yalan sevgiyə sürükləyən addımlardan çəkinin.