Sia Az saytına istinadən Icma.az xəbər verir. "Son illərdə estetik əməliyyatlara və sosial media platformalarında istifadə edilən filtrlərə
Bu dəyişikliklər, vizual təqdimatın insan həyatında nə qədər önəmli bir yer tutduğunu göstərsə də, bunun altında yatan psixoloji faktorları
Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.
Onun sözlərinə görə, estetik əməliyyatlar bəzən insanların özünəinamını artırmaqda rol oynasa da, bu cür müdaxilələr təməl psixoloji ehtiyacları qarşılamırsa, uzunmüddətli məmnuniyyət gətirməyə bilər.
Davamlı olaraq xarici görünüş üzərində fokuslanmaq, fərdin daxili dəyər hissini kölgədə qoya bilər.
Bu da özünə qarşı tənqidi yanaşmanı gücləndirərək bədən dismorfiyası (bədənə qarşı yanlış və həddindən artıq narahatlıq) kimi ciddi psixoloji pozuntulara səbəb ola bilər: "Filtrli görüntülər də eyni şəkildə, insanın öz real görünüşünü qəbul etməsinə mane ola bilər.
Bu cür dəyişdirilmiş vizuallar, xüsusilə gənc yaş qruplarında, öz bədəninə və üz quruluşuna qarşı narazılıq hissini artırır.
Sosial mediada idealizə olunmuş "filtrli gözəllik" anlayışı ilə müqayisə aparmaq, fərdlərdə kəmiyyətsizlik duyğusu və sosial təzyiq hissini dərinləşdirə bilər.