Estevao 18 yaşında Messi və Ronaldonu geridə qoydu

16.11.2025

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Braziliyanın gənc ulduzu Estevao beynəlxalq arenada göstərdiyi performansla adından söz etdirməyə davam edir.

Fanat.Az xəbər verir ki, 18 yaşında milli komandada vurduğu qollarla o, futbol tarixinin iki böyük adı – Messi və Ronaldonu belə qabaqlayıb.

Məlumata görə, 18 yaşında milli səviyyədə atılan qollar arasında Estevao 4 qolla siyahıya başçılıq edir. Messi və Ronaldo isə həmin yaşda hərəsi 2 qol vurmağı bacarmışdı. Bununla yanaşı, Estevao hazırda 2025-ci il üzrə Braziliya millisinin ən çox qol vuran futbolçusu durumundadır.

Gənc hücumçunun bu parlaq performansı onun gələcəkdə dünya futbolunun ən iddialı adlarından birinə çevrilə biləcəyini göstərir.

Kamil Xudiyev

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью