Icma.az, futbolpress-az saytına istinadən bildirir.
“Çelsi”nin braziliyalı hücumçusu Estevao Villian qışda komandanı tərk etmək fikrindən daşınıb.
Futbolpress.az xəbər verir ki, AS nəşrinə danışan19 yaşlı futbolçu “Mançester Yunayted”lə matçdakı (2:0) inamlı oyunundan sonra Londonda qalıb mübarizə aparmaq qərarına gəlib. Qarşılaşmada 87 dəqiqə meydanda olan gənc vinger driblinqləri ilə diqqət çəkib, onun iki qolu isə ofsayd üzündən qeydə alınmayıb.
Baş məşqçi Xabi Alonso futbolçunun çıxışını yüksək qiymətləndirib və onun daha çox şansa layiq olduğunu bildirib. Bu uğurlu çıxış Estevaonun qışda transfer olunması ehtimalını arxa plana keçirib.