Estoniya 2027 ci ildə Ukraynanın bərpası ilə bağlı konfransa ev sahibliyi etməyə hazırdır

27.10.2025

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Baltikyanı respublikanın 2027-ci ildə Ukraynanın bərpasına dair beynəlxalq konfransa ev sahibliyi etməyə hazır olduğunu təsdiqləyib.

Xalqcebhesi.az xəbər verir ki, o,bu barədə Kiyevdə Ukraynanın xarici işlər naziri Andrey Sıbiha ilə görüşündən sonra X-də yazıb.

"Ukrayna ilə anlaşma memorandumu imzalamaqla, Estoniya 2027-ci ildə Tallinndə Ukraynanın bərpası ilə bağlı konfransa ev sahibliyi etməyə hazır olduğunu təsdiqləyir", - bildirib.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью