Estoniya biometrik olmayan Rusiya pasportlarını tanımayacaq

21.03.2025

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tallin martın 31-dən etibarən Rusiya vətəndaşlarının biometrik olmayan pasportlarının tanınmasını dayandıracaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

XİN vurğulayıb ki, Estoniyada və ya başqa bir Aİ ölkəsində yaşamaq icazəsi olan və hazırda qeyri-biometrik Rusiya pasportundan istifadə edən ruslar 2025-ci il sentyabrın 30-dək biometrik pasport almaq üçün müraciət etməlidirlər.

Bəyanatda qeyd edilib ki, Rusiya qeyri-biometrik pasportları müxtəlif təhlükəsizlik riskləri yaradır və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tövsiyələrinə uyğun gəlmir.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью