Estoniya bunu uzunmüddətli öhdəlik hesab edir Marqus Tsahkna

27.11.2026

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Estoniya üçün Bakıda səfirlik açılması Azərbaycana münasibətdə uzunmüddətli öhdəliyin göstəricisidir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O bildirib ki, bəzi insanlar səfirliyin açılmasını böyük hadisə hesab etməyə bilər. Lakin bu, bir dövlətin digər dövlətə göstərə biləcəyi ən yüksək səviyyəli öhdəliklərdən biridir.

Nazir qeyd edib ki, Estoniyanın əhalisi 1,3 milyon nəfərdir və ölkəsi üçün hər bir səfirliyin açılması böyük əhəmiyyət daşıyır.

M.Tsahkna Azərbaycanla Estoniyanın uzun tarixə, ortaq anlayışa, şəxsi əlaqələrə, eləcə də oxşar çağırış və maraqlara malik olduğunu vurğulayıb.

Zeynəb Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью