Estoniya dekabrdan Rusiya ilə sərhədini bağlayır

20.11.2026

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Estoniya hökuməti dekabrın 1-dən Rusiya ilə sərhəddəki avtomobil keçid məntəqələrinin fəaliyyətini dayandırmaq qərarına gəlib.

Modern.az xəbər verir ki, bu barədə Baltikyanı ölkənin Baş naziri Kristen Mixal mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Estoniya ilə Rusiya arasında avtomobil nəqliyyatı ilə sərhəd keçidinin müvəqqəti dayandırılması barədə qərar qəbul edilib.

“Biz Estoniya ilə Rusiya arasındakı avtomobil sərhədindən keçidi dayandırmaq qərarına gəlmişik. Altı aydan sonra hökumət vəziyyəti yenidən qiymətləndirə və bundan sonrakı addımlarla bağlı qərar verə biləcək”, – deyə baş nazir bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью