Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Bu, gecikmədən, tez bir zamanda edilməlidir, çünki məhdudiyyətlər qüvvəyə mindikdən sonra geri dönüş səfəri xeyli uzana bilər”
Estoniya daxili işlər naziri İqor Taro Tallinin 1 dekabr tarixindən etibarən Estoniya-Rusiya sərhədindəki keçid məntəqələrini bağlamaq qərarından sonra hazırda Rusiyada olan estonları mümkün qədər tez ölkəyə qayıtmağa çağırıb.
AYNA.AZ-ın "Postimees" qəzetinə istinadən məlumatına görə, nazir mətbuat konfransında bildirib: "Hazırda Rusiyada olan estonlara mesajım budur: ilk fürsətdə evə qayıdın. Bu, gecikmədən, tez bir zamanda edilməlidir, çünki məhdudiyyətlər qüvvəyə mindikdən sonra geri dönüş səfəri xeyli uzana bilər".
Daha əvvəl Estoniyanın Baş naziri Kristen Mixal hökumətin 1 dekabr tarixindən etibarən Rusiya ilə sərhəddəki keçid məntəqələrini bağlamaq qərarına gəldiyini açıqlamışdı.