Estoniya Futbol Assosiasiyası azarkeşlərin Azərbaycan millisi ilə oyundakı davranışına görə cərimələnib

04.12.2024

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

UEFA Estoniya Futbol Assosiasiyasını azarkeşlərin Azərbaycan millisi ilə oyundakı davranışına görə cərimələyib.

Bakıvaxtı.az-ın məlumatına görə, buna oktyabrın 11-də Millətlər Liqasında keçirilmiş Estoniya - Azərbaycan matçında fanatların meydana yad əşyalar atması səbəb olub.

Qurum buna görə 4875 avro ziyana düşüb.

Qeyd edək ki, oktyabrın 11-də Tallin şəhərində keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью