Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Estoniyanın xarici işlər naziri Marqus Tsaxna ilə görüşüb.
Oxu.Az xəbər verir ki, İqtisadiyyat Nazirliyi məlumat yayıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov qarşılıqlı rəsmi səfərlər, keçirilən görüşlər və işgüzar dairələrin iştirakı ilə reallaşdırılan tədbirlərin tərəfdaşlığın möhkəmləndirilməsində rolunu vurğulayıb.
Qeyd edilib ki, Estoniya ilə iqtisadi-ticarət əməkdaşlığı genişlənir.
Bu ilin yanvar-sentyabr ayları ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi 2 dəfədən çox artıb.
İnvestisiya üzrə işbirliyi də bu ölkə ilə iqtisadi münasibətlərdə önəmli istiqamətlərdəndir.
Azərbaycanda sənaye, nəqliyyat, tikinti, ticarət, xidmət sahələri üzrə 65-dək Estoniya şirkəti qeydiyyatdadır.