Teleqraf.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Estoniya “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili və daha 27 şəxsə sanksiya tətbiq edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxna “X” hesabında yazıb.
O qeyd edib ki, buna səbəb həmin şəxslərin qanuni etirazları yatıraraq insan hüquqlarının pozulmasında iştirak etmələridir.
“İvanişvilinin Gürcüstanda demokratik proseslərə zərbə vurmasının bədəlini ödəməyin vaxtı çatıb”, - XİN başçısı yazıb.