Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan milli komandası UEFA Millətlər Liqası qrup mərhələsinin 5-ci turu çərçivəsində sabah Qəbələdə Estoniya seçməsini qəbul edəcək.
Apasport.az xəbər verir ki, Estoniya millisinin baş məşqçisi Yurgen Henn matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: - Uzun səfərin oyuna təsiri ola bilər?
- Xeyr, hər şey yaxşıdır. Planları yaxşı həyata keçirmişik. Qonaqpərvərliyi xüsusi qeyd etmək istəyərdim.
Çox yüksək səviyyədə təşkil olunub. Hər zaman olduğu kimi Azərbaycanda hər şey yaxşıdır. - İlk matçda Azərbaycana qalib gəldiniz.
Sizin kimi gənc məşqçi Avropa çempionu olmuş Fernandu Santuşu məğlub etdi. Bu qələbədən sonra Estoniyada sizə münasibət necə oldu?
- Bu haqda heç vaxt düşünməmişik. Önəmli olan komandanın performansıdır. Əlbəttə, Fernandu Santuşa qarşı oynamaq mənim üçün böyük qürur idi.
- Azərbaycanda belə təəssürat var ki, D Liqasına düşsək, faciə olacaq. Bəs Estoniyada fikirlər necədir? - Məncə, hər yerdə belədir.