Estoniya millisinin üzvü: Bura qələbə qazanmaq üçün gəlmişik

15.11.2024

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Estoniya milli komandası UEFA Millətlər Liqası qrup mərhələsinin 5-ci turu çərçivəsində sabah Qəbələdə Azərbaycanın qonağı olacaq.

Sportal.az xəbər verir ki, Estoniya millisinin müdafiəçisi Maksim Paskoçi matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyundan gözləntiləriniz nədir?

Bura qələbə qazanmaq üçün gəlmişik. Komanda olaraq oyuna hazırıq. Ümid edirəm ki, sabah istədiyimiz nəticəni əldə edəcəyik.

- Qələbədə oynamağın futbolçulara hansısa təsiri olacaq?

Bizə lazım olan sadəcə futbol meydançası və topdur. Bunun bizə təsir edəcəyini düşünmürəm.

- Azərbaycan millisindən hansısa oyunçunu tanıyırsız?

Mən üzərimə düşəni etmişəm, rəqibin hücumçularını təhlil etmişəm. Bundan daha önəmli olan komanda olaraq düzgün müdafiə olunmağımızdır.

Elçin Əlixan

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью