Estoniya millisinin üzvü: Hücumçuları təhlil etmişəm

15.11.2024

Icma.az bildirir, sport24.az portalına istinadən.

Estoniya milli komandası UEFA Millətlər Liqası qrup mərhələsinin 5-ci turu çərçivəsində sabah Qəbələdə Azərbaycanın qonağı olacaq. Sport24.az xəbər verir ki, Estoniya millisinin müdafiəçisi Maksim Paskoçi matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyundan gözləntiləriniz nədir?

- Bura qələbə qazanmaq üçün gəlmişik. Komanda olaraq oyuna hazırıq. Ümid edirəm ki, sabah istədiyimiz nəticəni əldə edəcəyik.

- Qələbədə oynamağın futbolçulara hansısa təsiri olacaq?

- Bizə lazım olan sadəcə futbol meydançası və topdur. Bunun bizə təsir edəcəyini düşünmürəm.

- Azərbaycan millisindən hansısa oyunçunu tanıyırsız?

- Mən üzərimə düşəni etmişəm, rəqibin hücumçularını təhlil etmişəm. Bundan daha önəmli olan komanda olaraq düzgün müdafiə olunmağımızdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью