Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkə.az Report-a istinadla xəbər verir ki, bu barədə Tsahkna "X" sosial şəbəkəsində yazıb.
"Təhlükəsizlik sahəsində ümumi çağırışlarımızı və Estoniya ilə Moldova arasında artan əməkdaşlığı müzakirə etmək üçün bu gün Kişineuda dostum və həmkarım Mihai Popşoyla görüşməyə şadam", - paylaşımda bildirilib.
Qeyd olunub ki, səfərin əsas məqsədi bu gün baş tutacaq Estoniyanın Moldovadakı səfirliyinin açılışıdır.
"Bu gün daha sonra biz ölkələrimizi daha da yaxınlaşdıracaq, eləcə də Moldovanın dayanıqlığının artırılması, onun islahatlarının və Avropa gələcəyinin dəstəklənməsi üzrə birgə işimizi gücləndirəcək Estoniya səfirliyini açacağıq", -Tsahkna qeyd edib.