Estoniya Rusiya ilə sərhədi bağlaya bilər

20.07.2026

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Estoniya hakimiyyəti Rusiya ilə sərhədin tamamilə bağlanma ehtimalını istisna etmir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Baltikyanı respublikanın dövlət televiziyası olan ERR daxili işlər naziri İqor Taroya istinadən məlumat yayıb.
“Sərhədi açıb bağlayarkən qərarlarımızı risk qiymətləndirməsinə əsaslandırırıq. Estoniya təcili təhlükə ilə üzləşsə, sərhəd dərhal bağlanacaq”, - nazir deyib.
Qeyd edək ki, sərhədi əsasən Estoniyada və ya digər Avropa ölkələrində yaşayış icazəsi olan Rusiya vətəndaşları, eləcə də Avropa pasportu olan ikili vətəndaşlıqlı şəxslər keçir. Rusların respublikaya turist vizası ilə daxil olmasına icazə verilmir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью