Estoniya Rusiya ilə sərhədini möhkəmləndirmək üçün Aİdən milyonlarla avro alacaq

12.12.2024

Icma.az bildirir, Operativ MM portalına istinadən.

Avropa Komissiyası (AK) Estoniya-Rusiya sərhədində nəzarət tədbirlərini gücləndirmək üçün Estoniyaya 19,4 milyon avro ayırmağa qərar verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "ERR" məlumat yayıb.

"Vəsait elektron müşahidə avadanlığının modernləşdirilməsinə və telekommunikasiya şəbəkələrinin təkmilləşdirilməsinə yönəldiləcək", - məlumatda deyilir.

Oxşar məqsədlər üçün Polşaya 52 milyon, Finlandiyaya 50 milyon, Latviyaya 17 milyon, Norveçə 16,4 milyon, Litvaya 15,4 milyon avro ayrılacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью