Estoniya Rusiyanı təxribatda ittiham etdi

29.09.2026

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna milli müdafiə sənayesi şirkəti “Milrem Robotics”ə məxsus obyektə törədilən yanğının arxasında Rusiyanın dayandığını iddia edib.

Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, təxribat Rusiya xüsusi xidmət orqanlarının göstərişi ilə həyata keçirilib.

Tsahkna ABŞ-da yerləşən “X” sosial media platformasındakı paylaşımında Estoniya Daxili Təhlükəsizlik Xidmətinin avqustun 15-də gecə saatlarında Tallindəki “Milrem Robotics” müəssisəsində baş verən yanğınla bağlı araşdırmasının nəticələrini açıqlayıb.

Nazir bildirib ki, araşdırmanın nəticələri yanğının Rusiya xüsusi xidmət orqanlarının göstərişi ilə törədilən təxribat aktı olduğunu göstərir.

Tsahkna hadisəni “tamamilə qəbuledilməz” adlandırıb və Estoniya Xarici İşlər Nazirliyinin bu gün Tallindəki Rusiyanın müvəqqəti işlər vəkilini çağıracağını açıqlayıb.

O, hadisəni törətməkdə şübhəli bilinən şəxslərin saxlanıldığını və artıq Estoniyanın milli təhlükəsizliyi üçün təhdid yaratmadığını bildirib. Tsahkna əlavə edib ki, Estoniya dövlətini qorumaq üçün qətiyyətli və çevik tədbirlər gördüyündən Rusiyanın bu cür fəaliyyətlər həyata keçirməsi çətinləşir.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью