Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Estoniya özünün dəniz ərazisində, o cümlədən eksklüziv iqtisadi zonada təhlükə yaranarsa, öz ordusuna güc tətbiq etməyə icazə verəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur deyib:“Təhlükə yaranarsa, Estoniya bütün dəniz ərazisi, o cümlədən eksklüziv iqtisadi zonası üzrə cavab verə bilər”.
Bu məqsədlə respublikanın qanunvericiliyinə dəyişikliklər ediləcək.
Təhlükə halında, ilk addım gəminin kapitanı ilə əlaqə qurmaq olacaq, ondan kursu və ya yolu dəyişdirmək tələb olunacaq.
Lakin güc tətbiqi zərurəti yaranarsa, Estoniya Müdafiə Nazirliyinin rəhbəri belə icazə verməyə məcbur olacaq.
Vəli Həsənoğlu, KONKRET.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.