Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Estoniya hakimiyyəti hərbi qüvvələrini Rusiya ilə sərhədə göndərir. Bununla yanaşı Tallin Rusiya ilə memkün müharibə təhlükəsi qarşısında hərbi xərclərini və raket potensialını artırır.
Rusiya tərəfi, prezident Vladimir Putinin sözlərinə güvənərək hesab edir ki, onlar tərəfindən belə bir təhlükə yoxdur. Rusiyalı siyasilər bir ağızdan bəyan edirlər ki, Moskva Pribaltika ölkələri ilə silahlı münaqişə etməyə hazırlaşmır.
Estoniya hakimiyyətidə hərbi ekspertlərinə istinadən hesab edirlər ki, baxmayaraq ki, yaxın iki il ərzində ölkələrinə qarşı real təhlükə gözlənilmir, lakin düşünürlər ki, "qurdla yaxınlıq elə, amma çomağınıda əlində möhkəm tut".
Hazırda Ukrayna ilə müharibə şəraitində olan Rusitanın Pribaltika ölkələrinə hücum edəcəyi real görünmür. Ukrayna "bataqlığında" ilişib qalan Rusiya hərbi qüvvələri, Şimali Atlantika Alyansı ilə yeni qarşıdurmaya getmək istəməz.
Bütün bunlara baxmayaraq, Estoniya ehtiyatı əldən vermək istəmir. Estonlar Leninqrad vilayətiylə sərhəddə yerləşən Narva şəhəri ətrafında yeni hərbi baza yaradır. Bəzi mənbələrin verdiyi məlumatlara görə, bu bazada 200 hərbiçi daimi xidmət aparacaq, lazım gəldikdə onların sayı 800 nəfərə qədərdə artırıla bilər.
Tallin eyni zamanda raket potensialınıda artırır. Təkcə ötən il amerikadan doqquz HİMARS reaktiv sistemalınması ilə bağlı müqavilə imzalanıb. Eyni zamanda Cənubi Koreyadan daha doqquz Chunmoo komplekslərinin alınması planlaşdırılır.
Qərb KİV-lərinin məlumatına görə, Estoniyanın 2026- cı il hərbi büddcəsi 42 faiz artırılaraq 4.2 milyard avroya çatdırılıb. Estoniya ölkəsinə qarşı təhlükə yaranacağı təqdirdə, NATO-ya üzv həmkarlarının dəstək göstərəcəklərinə də inanır.
Moskva isə, Estoniya ilə sərhədləri yaxınlığında baş verənlərə hələ ki, təhdidlərlə cavab verəyə üstünlük verir. Bütün bunlar sərhədlərdə təxribat xarakterli xırda insident yaranana qədər keçərli ola bilər. Əks halda, Pribaltika ölkələri üçün nəticə ağır ola bilər.
Estoniya və digər Pribaltika dövlətləri hər halda Kremlin "insident yaratmaqda" usta olduqlarını bilməmiş deyillər. İna gprə də, bu aralarda ehtiyatlı olmalıdırlar.
Rüstəm Hacıyev