Estoniya təlimlərə görə Rusiya sərhədindəki keçid məntəqəsini bağlayacaq

21.02.2025

Oxumeni.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Estoniya təlimlərə görə Rusiya sərhədindəki keçid məntəqəsini bağlayacaq

Estoniya hökuməti 2025-ci il aprelin 30-dan mayın 2-dək polis və sərhədçilərin təlimləri ilə əlaqədar Rusiya ilə sərhəddəki Narva-1 keçid məntəqəsinin bağlanması haqqında fərman imzalayıb. Bu barədə “Delfi” məlumat yayıb

Nəşr qeyd edir ki, sərhəd-keçid məntəqəsinin bağlanması milli təhlükəsizliyin və ictimai asayişin təmin edilməsi zərurəti ilə bağlıdır.

Sərəncamda qeyd olunur ki, polis sərhədçilər ilə birlikdə “Qalxan” təlimi keçirəcək. Polis və Sərhəd Mühafizə İdarəsinin milli təhlükəsizliyi və ictimai asayişi təmin etməyə hazırlığı yoxlayacaq.

Əziz Mustafa, Oxuməni.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью