Estoniya Ukrayna hərbçilərinin hazırlığı üçün Polşaya hərbi təlimatçılar göndərib

07.09.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Estoniya Ukrayna əsgərlərinin hazırlanması məqsədilə Polşaya peşəkar hərbçilərdən və ehtiyatda olan təlimatçılardan ibarət bölmə göndərib.

APA xəbər verir ki, bu barədə Estoniyanın ERR dövlət teleradiosu məlumat yayıb.

Məlumata görə, 10 nəfərə qədər şəxsdən ibarət bölmə "Legio" proqramı çərçivəsində göndərilib.

Qeyd edilir ki, Ukraynada müharibə başladığı vaxtdan indiyədək estoniyalı təlimatçılar 2 mindən çox Ukrayna hərbçisinə təlim keçiblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью