Estoniya Ukraynaya yeni hərbi yardım paketini dəstəkləyib

16.11.2024

Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

Estoniya hökumət kabineti ölkənin Müdafiə Nazirliyinin rəhbəri Hanno Pevkurun Ukraynaya avadanlıq və sursatdan ibarət yeni hərbi yardım paketinin göndərilməsi təşəbbüsünü dəstəkləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ERR teleradio şirkəti məlumat yayıb.

Nəşr qeyd edib ki, “yeni yardım paketinə dəniz geyimləri, müşahidə cihazları, nişangahlar, ballistik mühafizə vasitələri və döyüş sursatları daxildir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью