Estoniya xarici işlər naziri Bakıya gəlir

26.11.2026

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna noyabrın 27-də Azərbaycana səfər edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Estoniyanın Xarici İşlər Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Bakıda Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimi keçiriləcək.

Marqus Tsahkna səfər zamanı bir sıra rəsmi görüşlərdə iştirak edəcək

Görüşlərdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, xüsusilə biznes, innovasiya və rəqəmsal idarəetmə sahələrində əlaqələrin inkişafı müzakirə olunacaq.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью