Estoniya XİN Rusiyanın müvəqqəti işlər vəkilini çağırıb

08.09.2025

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Estoniya Xarici İşlər Nazirliyi bazar ertəsi Rusiyanın müvəqqəti işlər vəkilini Rusiya helikopterinin Estoniya hava məkanını pozması ilə bağlı etiraz notasını təqdim etmək üçün çağırdığını açıqlayıb.

Bu barədə nazirliyin saytında yerləşdirilən məlumatda deyilir.

"Bu gün, sentyabrın 8-də Estoniya Xarici İşlər Nazirliyi Rusiya Federasiyası səfirliyinin müvəqqəti işlər vəkilini etirazını bildirmək və sentyabrın 7-də Estoniyanın hava məkanının pozulması ilə bağlı rəsmi nota təqdim etmək üçün çağırıb", - nazirlikdən qeyd edilib.

Estoniya XİN-in məlumatına görə, Rusiya helikopteri ölkənin hava məkanına daxil olub və orada dörd dəqiqə qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью