Estoniyada Aİ məkanında ən sürətli qiymət artımı baş verir

03.09.2025

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 3 sentyabr, AZƏRTAC

Avqustda Estoniyada illik inflyasiyanın həcmi 6,2 faizə çatıb. Bu, Avropa İttifaqı məkanında ən sürətli qiymət artımıdır.

AZƏRTAC xəbər verir ki, bunu Estoniya Statistika İdarəsinin ilkin qiymətləndirməsi sübut edir.

İyul ayı ilə müqayisədə iyunda istehlak qiymətləri 0,9% artıb. Avqust ayında qonaqlama xidmətləri istisna olmaqla, bütün əsas kateqoriyalar üzrə qiymət artımı müşahidə olunub.

Buna səbəb iyul ayında Estoniyanın əlavə dəyər vergisini 22-dən 24 faizə qaldırmasıdır. Burada başqa amillər də var.

İqtisadçı Lenno Uskilin fikrincə, iqtisadi artımın olmaması fonunda qiymət artımları Estoniya üçün bir nömrəli problem olaraq qalır. Bu, iqtisadiyyatın güclənməsinə mane olur, çünki əməkhaqqının orta hesabla 6%-dən az artması qiymət artımını kompensasiya etmir. İnsanların istehlak və yığım üçün pulları azdır. İnflyasiya, həmçinin ixracatçıların xərclərini artırır və Estoniya mal və xidmətlərinin xarici bazarlarda rəqabət qabiliyyətini azaldır.

Estoniyalı ekspertlərin fikrincə, ərzaq məhsullarına vergilərin azaldılması mövzusu siyasətçilərin gündəmində qalmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью