Estoniyada əhali azalır, miqrasiya saldosu enir

16.01.2026

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Estoniyada əhalinin sayı azalır. Statistika Departamentinin ilkin məlumatına görə, 1 yanvar tarixinə ölkə əhalisi 1 362 954 nəfər olub ki, bu da 2025-ci ilin rəsmi göstəricisi ilə müqayisədə 7041 nəfər azdır.

Reyting.az xəbər verir ki, 2025-ci il ərzində Estoniyada 9092 uşaq doğulub, 15 427 nəfər isə vəfat edib.

Ölkənin miqrasiya saldosu da mənfidir: ölkəyə 11 298 nəfər gəlib, 12 004 nəfər isə ölkəni tərk edib.

Beləliklə, 2014-cü ildən sonra ilk dəfə Estoniyanım miqrasiya saldosu mənfi səviyyəyə düşüb.

Doğumların sayı 2024-cü illə müqayisədə 6 faiz azalıb və illik doğum sayı ikinci dəfə 10 mindən aşağı düşüb.

Mütəxəssislərin fikrincə, azalmanın əsas səbəblərindən biri reproduktiv yaşda olan qadınların sayının azalmasıdır.

Avropada əhali sayının azaldığı, həmçinin doğum statistikasının kəskin şəkildə aşağı düşdüyü bir dövrdə belə, oxşar demoqrafik meyillər Estoniya ilə yanaşı Latviyada və Litvada da müşahidə olunur. Bununla belə, Finlandiyada qısamüddətli artım müşahidə edilsə də, uzunmüddətli göstəricilər hələlik aşağı səviyyədədir.

Oqtay QORÇU


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью