Estoniyada hakim oyunu yarımçıq saxladı

11.09.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Estoniya ikinci liqasında keçirilən “Tallinn” – “Maardu Linnameeskond” qarşılaşması mərc şübhəsi səbəbindən dayandırılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Estoniya Futbol İttifaqı məlumat yayıb.

Sözügedən görüş 78-ci dəqiqədə, “Tallinn”in 4:2 hesablı üstünlüyü zamanı hakim tərəfindən kəsilib.

Ölkənin futbol qurumunun yaydığı rəsmi bəyanatda vurğulanıb:

“Etibarlı məlumatlar əsasında oyunun saxlanılması və ya ləğvi mərc dələduzluğuna qarşı atılan bir addımdır”.

Yarımçıq qalan qarşılaşmanın taleyi və yekun hüquqi qərar Estoniya Futbol İttifaqının növbəti iclasında müəyyənləşəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью