Estoniyada NATO nun hava qüvvələrinin təlimləri başlayıb

27.07.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Estoniya hava məkanında Baltikyanı respublikada yerləşən NATO hava qüvvələrinin təlimləri başlayıb.

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bu barədə Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, 27 iyul - 2 avqust tarixləri arasında bütün Estoniya ərazisində minimum 152 metr (500 fut) hündürlükdə alçaq hündürlükdə uçuşlar həyata keçiriləcək. Təlimlərə həmçinin mülki hava nəqliyyatının idarə edilməsi ilə əlaqələndiriləcək və müəyyən edilmiş yüksəkliklərdə səsdən sürətli uçuşlar da daxil ola bilər.

Şimali Atlantika Şurasının qərarına uyğun olaraq, NATO hava qüvvələri Estoniya, Latviya və Litvanın hava məkanında patrul xidməti həyata keçirir. Patrul xidmətini həyata keçirən təyyarələr Estoniyadakı Ämari və Litvadakı Şyaulyay hava bazalarında yerləşir.

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью