Estoniyada yeni prezident seçildi 51 yaşlı xanım

02.09.2026

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Estoniya parlamenti 51 yaşlı ədliyyə kansleri Ulla Madizeni ölkənin yeni prezidenti seçib.

Modern.az xəbər verir ki, Madize sentyabrın 2-də keçirilən parlament iclasında gizli səsvermə yolu ilə dövlət başçısı seçilib.

O, 101 deputatdan 71-nin səsini toplayıb. 7 deputat səsvermədə iştirak etməyib, 12 deputat isə iclasda olmayıb. Estoniyada prezident seçilmək üçün parlament üzvlərinin üçdə ikisinin, yəni ən azı 68 deputatın dəstəyi tələb olunur.

51 yaşlı Ulla Madize bundan əvvəl Ədliyyə Nazirliyində, parlamentin Konstitusiya Komitəsində çalışıb, Dövlət Nəzarət Xidmətində baş nəzarətçi, prezidentin hüquq məsləhətçisi vəzifələrində fəaliyyət göstərib.

O, 2015-ci ildən Estoniyanın ədliyyə kansleri vəzifəsini tutur. 2021-ci ilin sonunda bu vəzifəyə ikinci müddətə yenidən seçilib.

Madizenin prezidentliyə namizədliyi 75 deputat tərəfindən irəli sürülüb. Müvafiq sənədlər “İslahat Partiyası”, “Estoniya 200”, “Vətən” və sosial-demokratların nümayəndələri, həmçinin heç bir fraksiyaya daxil olmayan deputatlar tərəfindən Respublika Seçki Komissiyasına təqdim edilib.

Ulla Madize oktyabrın 12-də parlamentdə and içərək rəsmi olaraq prezident vəzifəsinin icrasına başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью