Estoniyadan 1 milyard avroluq QƏRAR KONKRET | Icma.az
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq. Estoniya ballistik hava hücumundan müdafiə sistemi almağı planlaşdırır.
Estoniyanın Müdafiə Nazirliyi Silahlı Qüvvələrin komandanlığı ilə birgə ballistik hava hücumundan müdafiə (HHM) sistemi alacağına dair qərar qəbul etməyi planlaşdırır.
KONKRET.az xəbər verir ki, bu barədə ERR məlumat yayıb. İlkin planlara əsasən, minimal ssenari üzrə Estoniya yüz milyonlarla avro dəyərində
Maksimal variantda isə ölkənin hava hücumundan müdafiə sistemlərinə ümumi xərclərinin 1 milyard avronu ötəcəyi gözlənilir.
Məlumata görə, seçiləcək sistemin buraxılış qurğularının Estoniyaya növbəti onilliyin əvvəlində çatdırılması nəzərdə tutulur.
Sistem seçilərkən yalnız alış qiyməti deyil, həmçinin onun tam istismar dövrü, personal xərcləri, təlim, istismar və uzunmüddətli texniki xidmət də nəzərə alınacaq.
Potensial istehsalçılar sırasında ABŞ-ın Patriot sistemi, İsrailin David’s Sling (“Davudun sapandı”), eləcə də Fransa–İtaliya istehsalı olan SAMP/T sistemi qalmaqdadır.
Yekun qərar həm satınalmanın miqyasını, həm də Estoniyanın hava hücumundan müdafiə potensialının gücləndirilməsi istiqamətində atılacaq növbəti addımları müəyyən edəcək.
Tam oxu
Xəbəri oxu