Estoniyadan gümüş medal

20.07.2025

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Estoniyanın paytaxtı Tallində Avropa Atıcılıq Konfederasiyası və Estoniya Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən “5-ci Ranno Krusta Memorialı” çərçivəsində 25 metr məsafəyə atəş üzrə nüfuzlu “Lapua” Avropa kuboku baş tutub.

İdman.biz xəbər verir ki, Azərbaycanı mötəbər yarışda təmsil edən Ruslan Lunev bir çox güclü rəqiblərini geridə qoyub və ikinci yeri tutaraq ölkəmizin hesabına gümüş medal yazdırıb.

Qeyd edək ki, yarışlar Estoniya atıcılıq tarixində bir çox uğurlu idmançının yetişməsində əvəzsiz rolu olmuş məşqçi Ranno Krustanın xatirəsinə həsr olunub.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью