Estoniyalı: “Bizimçün üç xallıq heçheçə oldu”

16.11.2024

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Estoniya millisinin baş məşqçisi Yurgen Henn UEFA Millətlər Liqasında Azərbaycana qarşı keçirdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– İki oyunda Azərbaycana məğlub olmadınız. Millimizi nədə üstələdiniz?
– Hansı bucaqdan baxılmasından asılıdır. Nəticə baxımından bizim xeyrimizə oldu. Epizodları dəyərləndirsək, bərabər oyun getdiyini deyə bilərik. Bu gün ikinci hissə bizim üçün çətin oldu.

– Qarşınıza qoyulan hədəf nədir?
– Milli komandanın irləlilyişini təmin etmək. Üzərində işlənəli olduğumuz çox şey var.

– Bugünkü 1 xalı 3 xala bərabər hesab edirsiz?
– Turnir cədvəlinə baxsaq, elə demək olar. Futbolda ən önəmli şey nəticədir. Oyundan əvvəl biz daha əlverişli vəziyyətdə idik. Bizimçün üç xallıq heç-heçə oldu.

– Qəbələ şəhəri və stadion barədə fikirləriniz necədir?
– Stadionu çox bəyəndim. Çox xoşbəxtsiniz ki, belə stadionunuz var. Estoniyada belə şəraiti olan komandalar azdır. Bizi burada çox yaxşı qarşıladılar. Hər şey üçün təşəkkür edirik.

Əsas xəbərlər, Manşet, Ölkə futbolu Qələbə həsrəti davam edir – estonlarla da bacarmadıq

16 Noyabr 2024, 19:55

Əsas xəbərlər, Ölkə futbolu Qəbələdə heyətlər məlum oldu

16 Noyabr 2024, 16:57

Əsas xəbərlər, Ölkə futbolu Estonlarla oyuna doğru: statistika nə deyir?

16 Noyabr 2024, 10:14

Dünya futbolu, Əsas xəbərlər “Ev tapşırığımı yerinə yetirmişəm” – Maksim Paskoçi

15 Noyabr 2024, 18:46

Dünya futbolu, Əsas xəbərlər “Komanda bu nəticəyə görə həyəcanlı çıxış edə bilər” –

15 Noyabr 2024, 18:27

Əsas xəbərlər, Ölkə futbolu Santuş və millinin xal arzusu – itkiyə yer yoxdur

15 Noyabr 2024, 8:02

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью