Estoniyalı nazirdən Azərbaycanla əməkdaşlıqla bağlı açıqlama

27.11.2026

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Estoniya ticarət, energetika, investisiyalar və rəqəmsallaşma sahələrində Azərbaycanla və bütövlükdə regionla əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Bizim.media xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
 

"Biz Azərbaycanı energetika sahəsində təcrübə qazanmaq, həmçinin qlobal ticarət və iqtisadiyyatdakı dəyişikliklərlə əlaqədar yaranan yeni perspektivləri araşdırmaq üçün böyük bir fürsət kimi görürük. Söhbət xüsusilə Şərq - Qərb Orta Dəhlizindən gedir".


Onun sözlərinə görə, Estoniya Avropa İttifaqının üzvü kimi qlobal məsələlərin müzakirəsində fəal iştirak edir və müxtəlif tərəfdaşlarla iqtisadi əlaqələrin inkişafında maraqlıdır.
"Avropa İttifaqı Hindistan, Mərkəzi Amerika ölkələri və digər tərəfdaşlarla münasibətləri, o cümlədən azad ticarət sahəsində əlaqələri fəal şəkildə inkişaf etdirir. Bu proseslər qlobal iqtisadiyyata təsir göstərir. Biz həm Azərbaycan, həm də bütövlükdə regionla əməkdaşlığı genişləndirmək istəyirik. Bizim üçün ticarət dəhlizləri, energetika və investisiyalar vacibdir. Estoniya Aİ-yə üzvlüyün verdiyi imkanlardan istifadə etməyə hazırdır. Biz həm ikitərəfli səviyyədə, həm də Avropa İttifaqı çərçivəsində əməkdaşlıqda maraqlıyıq", - nazir qeyd edib.
 

Marqus Tsahkna həmçinin Estoniyanın rəqəmsallaşma, süni intellektin tətbiqi və müdafiə sənayesi sahələrində qarşılıqlı fəaliyyətin inkişafında maraqlı olduğunu və bu istiqamətlər üzrə əməkdaşlığa töhfə verməyə hazır olduğunu vurğulayıb.


"Hər iki region anlamalıdır ki, biz birlikdə işləməliyik. Biz eyni qlobal çağırışlarla üzləşirik və ortaq maraqlarımız var. Biz bundan sonra da bu məsələlərlə bağlı təşəbbüslərlə çıxış edəcəyik", - o əlavə edib.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью