Estoniyanın Baş naziri Kiyevə səfər edib

09.12.2024

Missiya.az saytına istinadən Icma.az xəbər verir.

Estoniyanın Baş naziri Kristen Mixal Ukraynanın paytaxtı Kiyevə səfər edib.

Missiya.Az xəbər verir ki, siyasətçi bu barədə özünün “X” sosial media hesabında məlumat yayıb.

Bildirilir ki, Mixal burada Ukrayna prezidenti Volodimir Zelenski, Baş nazir Denis Şmıxal və Ali Radanın sədri Ruslan Stefançukla görüşməyi planlaşdırır.

"Ukraynanı qələbəyə dəstəkləmək Estoniyanın prioriteti olaraq qalacaq, biz heç bir güzəştə getməyəcəyik. Ukraynanın qələbəsi Avropa, ABŞ və bütün demokratik dünyanın qələbəsidir", - deyə Mixal vurğulayıb.

Daşqın Həsənov
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью